Mina əleyhinə fəaliyyətin maliyyələşdirilməsi halları müəyyənləşib.
Yenicag.az xəbər verir ki, bu barədə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında müzakirəyə çıxarılan “Minatəmizləmə fəaliyyəti haqqında” qanun layihəsində qeyd olunub.
Qanun layihəsinə görə, mina əleyhinə fəaliyyət dövlət büdcəsinin vəsaiti və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.