Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Mina "səpilmiş" çöllər... Yararsız texnika... İtirilən canlar... - Səxavət Məmməd yazır

Reklam: Sinerji Pro

Müharibə bitib. Azərbaycan işğal altında olan torpaqlarını azad edəndən sonra əsas gündəm məsələsi minalanmış ərazilərin təmizlənməsi, mina xəritələrinin Azərbaycana verilməsidir.

Ermənistan tərəfi minalanmış ərazilərin xəritələrini verməkdən imtina edir. Bunun bir neçə səbəbi var. Birincisi erməni tərəfi mina xəritələrini verməməklə Azərbaycana təzyiq etdiyini düşünür. Belə desək, Ermənistan savaş meydanında məğlubiyyətdən, ərazilər əlindən çıxandan sonra Azərbaycana necə ziyan vura biləcəyini hesablayır. Xəritələrin verilməsi təbii ki, Azərbaycanın işini asanlaşdıracaq. Ermənistan tərəfi isə bundan imtina edir. Çünki, ərazilər minalardan nə qədər tez təmizlənsə, işğaldan azad edilmiş torpaqlara qayıdış da o qədər tez baş tutacaq.

Ərazinin minalardan təmizlənməməsi insanlarda xof yaradır. İlk günlər hamı risk edib, işğaldan azad edilmiş yerlərə səfər etməyə can atırdısa, indi insanların gözü qorxub. Çünki müharibədən sonra çoxlu sayda insan – istər mülki şəxslər, istərsə də hərbçilər minalara düşərək həlak olub, ya da yaralanıb.

Hesab edək ki, erməni tərəfi mina xəritələrini verdi. Buna etibar edə bilərikmi? Əsla! Çünki minalar qanunauyğunluğa əməl edilmədən basdırılıb. Ermənilərin verdiyi xəritələrdə yalnız təmas xətti və neytral zonalar olacaq. Bunu bilmək üçün isə xəritəyə ehtiyac yoxdur. Loru dildə desək, bunu uşaq da bilər.

Ən çox minaya harda düşülür?Qəbirstanlıqlarda.

Qəbirstanlığa mina qoyan ölkə onu xəritəyə işləyər? İşləsə də, o xəritəni verib, özünü dünya ilə bir edər? Qəbirstanlıqlara basdırılmış minalar ermənilərin cinayətlərini etiraf etməsi deməkdir. Erməni tərəfi minaları təkcə hərbi əhəmiyyətli yerlərə, müdafiə xəttlərinə, istehkamların önlərinə yox, mülki şəxslərin gedəcəyi yerlərə də basdırıb. Bu isə hərbi cinayətdir.

Bunlarla yanaşı, Qarabağda həm də birinci Qarabağ müharibəsindən qalma minalar kifayət qədər çoxdur. İstər Azərbaycan tərəfi, istər erməni tərəfi birinci müharibədə ərazilərə minalar basıdırıblar. Ermənistanın isə bunları təmizlədiyini düşünmək sadəlövhlük olar. Ermənistanın buna iqtisadi gücü də çatmazdı. Açıq şəkildə görünür ki, işğaldan azad edilmiş yerlərə səfər edərkən özlərinin istifadə edəcəkləri torpaqları minalardan təmizləyiblər. Digər yerlərdə isə minalar olduğu kimi qalmaqdadır.

Onu da qeyd edək ki, xəritələrin verilməməsi Azərbaycanı həm də maddi baxımdan xərcə salacaq. Belə ki, ərazinin genişliyini nəzərə alsaq, tək ANAMA ilə təmizlik uzun illər çəkəcək. Bu səbəbdən də xarici şirkətlər dəvət edilməlidir, bu da ciddi maliyyə tələb edir

Ərazidə minaların sayı o qədər çoxdur ki, onların tam təmizlənməsi bəlkə də 10 il vaxt aparacaq. Mina təmizləmək üçün gətirilən texnikalar isə tam effektli sayılmır. ANAMA-nın mütəxəssisləri ilə söhbət zamanı bildirdilər ki, texnikanın təmizlədiyi yerlərdə axtarış aparanda, çoxlu sayda partlamamış mina tapıblar. Yəni, texnikaya da güvənmək olmaz.

Bu səbəbdən də ANAMA-da mütəxəssislərin sayını artırıb, xaricdən qüvvələr cəlb etmək vacib olacaq.

Dediyimiz kimi, xəritələrə güvənmək olmaz. ANAMA əməkdaşlarının dediklərinə əsasən, daha bir nümunə ilə bunu əsaslandıraq.

ANAMA-nın mütəxəssisləri ilə söhbət zamanı bildirdilər ki, bizim tərəfimizdən basdırılmış minaların xəritəsinə əsasən ərazidə axtarış aparıblar, xəritə üzərində 400-ə yaxın mina basdırıldığı qeyd olunsa da, bir dənə də mina tapılmayıb.

Ermənistan tərəfindən mina xəritələrinin alınması vacibdir. Ancaq daha vacib olan isə əraziyə yerli mütəxəssislərlə yanaşı xarici mütəxəssisləri cəlb edib, təmizləmə aparmaqdır.

Loading...

www.yenicag.az

452
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100