!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mina təmizləmə əməliyyatları müvəqqəti dayandırıldı - FOTO

!Reklam – Yazi

Minalar və Müharibənin Partlayıcı Qalıqlarının (MPQ) yüksək dərəcədə yaratdığı həyati təhlükələrdə olduğu kimi, bu gün də dünyamız COVID-19 adlı, qurbanını ayırd etməyən, sosial-iqtisadi təhlükə ilə üzləşib.

Trend xəbər verir ki, bunu Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) direktoru Qəzənfər Əhmədov deyib.

Onun sözlərinə görə, adı çəkilən virus heç bir ölkəni, insanı və onun sosial vəziyyətini, yaşını, cinsini və dini mənsubiyyətini tanımır:

“Bu gün yeni ölümcül infeksiyaya qarşı mübarizədə dünyanın böyük itkilərlə üzləşdiyinin şahidi oluruq. İnanırıq ki, Piyadalar Əleyhinə Minaların Qadağan edilməsi üzrə beynəlxalq konvensiya çərçivəsində milyonlarla insanın həyatının xilas edildiyi və milyonlarla kv.m təhlükəli ərazilərin təmizlənməsi halında olduğu kimi, Birləşmiş Millətlər Təşkilatının və ölkələrin COVID-19 təhlükəsini aradan qaldırmaqda göstərdiyi səylər uğurlu olacaqdır”.

O qeyd edib ki, ANAMA Beynəlxalq Mina Təhlükəsi üzrə Maarifləndirmə və Mina Aksiyasına Dəstək Gününü qeyd edir. Lakin, COVID-19 pandemiyası ilə əlaqədar davam edən Fəaliyyət Planına uyğun olaraq ANAMA geniş miqyaslı mina təmizləmə əməliyyatlarını müvəqqəti olaraq dayandırıb, lakin hökümətin fövqəladə tapşırıqları ilə əlaqədar olaraq Partlayıcı Sursatların Zərərsizləşdirilməsi üzrə təcili və təxirəsalınmaz tapşırılqarı icra etməyə davam edir:

“Bildiyimiz kimi Mina və MPQ-lərlə əlaqəli məsələlər əsasən çox ciddi bir Sosial-İqtisadi problemdir. Biz məmnuniyyətlə bildiririk ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycanda humanitar mina fəaliyyətinin həyata keçirilməsi üçün vəsaitin ayrılmasını da nəzərdə tutan növbəti 5 illik Regionların Sosial-İqtisadi İnkişaf Proqramı təsdiqlənib.

Beynəlxalq və Milli Mina Fəaliyyət Standartlarına və müvafiq nəşrlərə istinad edərək ANAMA insanlar və inkişaf layihələri üçün mina və müharibənin partlayıcı qalıqlarından azad və təhlükəsiz mühiti təmin etmək üçün müxtəlif növ avadanlıqlardan, Mina Axtaran İtlərdən, mexaniki mina təmizləyici maşınlardan istifadə edir. Biz Mina/MPQ təhlükəsi üzrə maarifləndirmə işlərini davam etdirir və zərərçəkənlərin ehtiyaclarını müvafiq qurumlarla əlaqələndiririk. Həmçinin biz yerli və beynəlxalq heyət üçün təlimlər keçirir, eləcə də ölkəmiz daxilində və onun xaricində fəaliyyət göstəririk. ANAMA Azərbaycan üçün mina və MPQ-lərlə bağlı problemləri həll edən əsas qurumlardan biri olaraq qalır.

1998-ci ildən bu günə qədər ANAMA tərəfindən 543 445 437 m2 təhlükəli ərazilərtəmizlənmiş və təhlükəsiz istifadə üçün təhvil verilmişdir. Tərəfimizdən 807185 ədəd mina və müharibənin partlayıcı qalıqları aşkar edilərək məhv edilmişdir. Hal-hazırda ANAMA ilk əlaqə yaradılacaq bir agentlik olaraq Daxili İşlər Nazirliyi (102 – Polis Çağrı Mərkəzi), Fövqəladə Hallar Nazirliyi (112 – Çağrı Mərkəzi), Dövlət Sərhəd Xidməti və digər orqanlardan müraciətləri qəbul edərək qısa müddətdə təcili əməliyyat hərəkətlərini icra edir.

Azərbaycan müharibə vəziyyətindədir və 20% torpaqları işğal altında qalmaqdadır. Biz çox çalışmalı və texniki potensialımızı inkişaf etdirməyə davam etməliyik. Çünki güman edirik ki, Azərbaycanın mina və müharibənin partlayıcı qalıqlarından tamamilə azad olmasını təmin etmək üçün uzun və çətin bir yol keçməli olacağıq.

Minalar barədə maarifləndirmə və Minalara qarşı mübarizəyə verdiyi dəstəyə görə BMT, bütün ölkələr, beynəlxalq təşkilatlar və donorları təbrik edir və onların səylərini yüksək qiymətləndiririk. Minatəmizləmə əməliyyatlarında iştirak edən bütün milli və beynəlxalq tərəfdaşlara cox qiymətli və şərəfli töhfələrinə görə dərin təşəkkürümüzü bildiririk. Dünya əhalisinə ən yaxın gələcəkdə COVID və Mina/MPQ problemlərindən azad bir həyat arzu edirik”.

www.yenicag.az

970
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv