Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq, təlim mərkəzləri və poliqonlarda minaatan batareyaların heyətləri ilə döyüş atışlı təlim məşqləri keçirilib.
Müdafiə Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, bölmələr şərti düşmənin müdafiəsinin dərinliyində yerləşən hədəflərə atəş açmaqla qarşıya qoyulan tapşırıqları icra edib.