Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Minaya düşən idarə rəisindən XƏBƏR VAR -YENİLƏNDİ

Ağdam rayonunun Novruzlu kəndində minaya düşən, Ağdam rayon Mexaniki Suvarma İdarəsinin rəisi Hafiz Əzimzadə Bərdə rayon Mərkəzi Xəstəxanasından köçürülüb.

İdarə rəisi Bakıdakı klinikalardan birinə köçürülmək üçün paytaxta yola salınıb.

***

Ağdam rayonunun Novruzlu kəndində minaya düşən idarə rəisi Hafiz Əzimzadənin vəziyyəti stabilləşib.

Bu barədə Ağdam rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverən Əliyev bildirib.

O qeyd edib ki, yaralı əməliyyat olunub: “Hafiz Əzimzadənin sağ ayağının bir hissəsi amputasiya olunub, hazırda özünü yaxşı hiss edir. Xəstənin vəziyyəti mütəmadi nəzarətdə saxlanılır”.

Xatırladaq ki, martın 3-də saat 15 radələrində Ağdam rayonunun Mexaniki Suvarma İdarəsinin rəisi, 1967-ci il təvəllüdlü Hafiz Əzimzadə su quyularının bərpası işləri ilə məşğul olan zaman rayonun işağldan azad edilən Novruzlu kəndində minaya düşüb. Nəticədə idarə rəisinin sağ ayağının topuqdan aşağı ətrafı amputasiya edilib, digər çoxsaylı xəsarətlər alıb. Yaralı Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Ağdam rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Loading...

www.yenicag.az

184
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100