İşğaldan azad edilmiş ərazilərdə mina partlayışı nəticəsində xəsarət alan N. İmanovun sağ ayağı topuq hissəsindən amputasiya olunub./Apa/
***19:37
Xocalı rayonunda mina hadisəsi baş verib.
Yenicag.az Trend-ə istinadən xəbər verir ki, hadisə Xocalı rayonu ərzisində qeydə alınıb.
Belə ki, “Azərbaycan Bayrağı Ordeni” ilə təltif edilmiş Qarabağ müharibəsi iştirakçısı Nağı İmanov mina partlayışı nəticəsində xəsarət alıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım heyəti cəlb edilib.
Onun səhhəti ilə bağlı hələlik dəqiq məlumat yoxdur.