Mingəçevir sakini naməlum şəraitdə bıçaqlandı

Mingəçevir sakini bıçaq xəsarəti alıb.

Yenicag.az xəbər verir ki, hadisə Günəşli yaşayış massivində baş verib.

1985-ci il təvəllüdlü şəhər sakini Haqverdiyev Fazil Hüseyn oğlu naməlum şəraitdə qarın nahiyəsindən kəsici alətlə xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilərək cərrahi əməliyyat olunub.

Hadisənin hansı zəmində baş verdiyi məlum deyil. Faktla bağlı araşdırma aparılır./apa/