“Azərenerji” ASC Mingəçevir SES silsiləsi (Su elektrik stansiyaları silsiləsi) Məhdud Məsuliyyətli Cəmiyyətinə inzibati protokol yazılıb.
Yenicag.az Pravda.az-a istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsi şirkət barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 483-cü (Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir) maddəsinə əsasən yazıb.
İş Mingəçevir Şəhər Məhkəməsinin hakimi Ələkbər Hüseynovun sədrliyi ilə araşdırılacaq.