Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları Mingəçevir su anbarında qanunsuz balıq ovlayan şəxsi saxlayıb.
Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyinin (DİN) Şəki regional qrupundan verilən məlumat verilib.
Bildirilib ki, Su Nəqliyyatında Polis İdarəsinin Mingəçevir Xətt Polis Məntəqəsinin əməkdaşları tərəfindən Mingəçevir su anbarında keçirilən növbəti monitorinq zamanı qanunsuz olaraq balıq ovu ilə məşğul olan Yevlax rayon sakini İ.Allahverdiyev saxlanılıb. Onun ovladığı balıqlar və istifadə etdiyi digər avadanlıqlar maddi sübut kimi götürülüb.
Faktla bağlı araşdırma aparılır.