Mingəçevir və Hacıqabulda köməkçi tikili yandı

Mingəçevir şəhərində ümumi sahəsi 40 m² olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb.

Yenicag.az xəbər verir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Həmçinin, Hacıqabul rayonunda ümumi sahəsi 60 m² olan köməkçi tikilinin dam örtüyünün taxta atmaları yanıb. Bitişik tikili yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.