Mingəçevirdə 24 yaşlı şəxs bıçaqlandı

Mingəçevirdə bıçaqlanma hadisəsi baş verib.

Yenicag.az-ın məlumatına görə, hadisə Energetiklər yaşayış massivi ərazisində baş verib. Mübahisə və münaqişə zəminində bıçaqlanan şəxs 2000-ci il təvəllüdlü Əfəndiyev Rüşdü Allahverdi oğlu ətrafdakıların köməyi ilə təcili xəstəxanaya çatdırılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan “Unikal”a bildirilib ki, əməli törətməkdə şübhəli bilinən Elşən Nurəliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

COP29