Mingəçevirdə 3 yaşlı körpə göldə boğuldu

Mingəçevir şəhərində üç yaşlı körpə göldə boğularaq ölüb.

Yenicag.az Report-a istinadən xəbər verir ki, hadisə Kür çayı sahilində yerləşən axmazlardan birində baş verib.

Belə ki, Mingəçevir şəhər sakini, 2015-ci il təvəllüdlü Şahin Hicran oğlu İskəndərli ehtiyatsızlıqdan gölə düşərək boğulub. Ətrafdakıların köməyi ilə sudan çıxarılan körpənin həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırmalara başlanılıb.

COP29