Mingəçevirdə avtomobil qadını vuraraq öldürdü

Mingəçevirdə yol qəzası olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan Yenicag.az-a bildirilib ki, bu gün səhər saat 08:00 radələrində Mingəçevir şəhəri ərazisində Murad Yusifov idarə etdiyi “Mercedes” markalı avtomobil ilə yolu keçən piyada, 1969-cu il təvəllüdlü Mətanət Əzizovanı vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada xəstaxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.