Mingəçevirdə ailə qurmağa hazırlaşan gənc qızın başına faciə gəlib.
Yenicag.az “Sputnik Azərbaycan”a istinadən xəbər verir ki, hadisə şəhərin Aydın Məmmədov küçəsi 9 ünvanında qeydə alınıb. 2001-ci il təvəllüdlü Səbinə Seymur qızı Qarayeva yaşadığı binanın 5-ci mərtəbəsindən yıxılıb. S.Qarayeva dərhal xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağır qiymətləndirilir.
Yaxınlarının dediyinə görə, S.Qarayeva ehtiyatsızlıqdan yıxılıb. O da məlum olub ki, Qarayeva nişanlı olub və onun toyu martın 24-nə təyin edilibmiş.
Hazırda faktla bağlı araşdırma aparılır.