Mingəçevirdə ev yandı

Mingəçevirdə yaşayış evində yanğın baş verib.

Yenicag.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, ümumi sahəsi 100 m² olan kürsülü, birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları 18 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.