Mingəçevirdə faciə: 2 nəfər hündürlükdən yıxılıb öldü

hundurlukdenMingəçevirdə ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Yeniçağ.Az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, dekabrın 29-da Ağcabədi rayon sakini Yaşar Hüseynov Mingəçevir şəhəri ərazisində binalardan (5 mərtəbəli yaşayış binası) birinin damını təmir edərkən ehtiyatsızlıqdan yıxılıb. Xəstəxanaya yerləşdirilmiş Y.Hüseynov orada ölüb.

Dekabrın 29-da Mingəçevirdə daha bir oxşar hadisə qeydə alınıb. Rövşən Alqayıtov ehtiyatsızlıqdan evinin eyvanından (5-ci mərtəbədən) yıxılıb. Xəstəxanaya yerləşdirilmiş R.Alqayıtov orada ölüb.

Yeniçağ.Az