Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Mingəçevirdə hadisə - 1 gündə 3 uşaq hündürlükdən yıxıldı

Mingəçevirdə bir gündə 3 azyaşlı yıxılaraq xəsarət alıb.

Yenicag.az-ın məlumatına görə, aprelin 18-də şəhər sakini, 2012-ci il təvəllüdlü Umudzadə Ruslan Vüqar oğlu həyətlərində hündürlükdən yıxılıb. Nəticədə uşaq başın qapalı travması ilə xəstəxanaya yerləşdirilib.

Həmin gün şəhərin Ə.Vahid küçəsində, şəhər sakini, 2004-cü il təvəllüdlü Mahmudov Məhəmməd Bəhruz oğlu da yaşadığı evin pilləkənindən yıxılaraq xəsarətlər alıb.

Şəhərin N.Vəzirov küçəsində yaşayan, 2005-ci il təvəllüdlü Salmanov Vüsal Qabil oğlu isə hasardan tullanarkən yıxılıb. Nəticədə 14 yaşlı yeniyetmənin mil sümüyü sınıb.

Hər 3 faktla bağlı araşdırma aparılır./Trend/

www.yenicag.az

1442