Mingəçevirdə hərbçi vəfat etdi – FOTO

Azərbaycan Ordusunun çavuşu Mingəçevir su anbarında boğulub.

Müdafiə Nazirliyindən Yenicag.az-a bildirilib ki, Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Bayramov Namizəd İsrail oğlunun iyulun 13-də xidmət yerindən kənarda, Mingəçevir şəhəri yaxınlığındakı su anbarında çimərkən boğularaq vəfat edib.

Faktla bağlı araşdırma aparılır.