Mingəçevirdə bıçaqlanma olub
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenicag.az-a verilən məlumata görə, dünən gecə saatlarında Mingəçevir şəhəri ərazisində şəhər sakinləri – 2000-ci il təvəllüdlü Süleyman Fərzəliyev və iki qardaş Samir və Seymur Zeynalovlar arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Mübahisə nəticəsində hər üç şəxs bıçaq xəsarətləri alıb.
Tərəflərin xəsarətlərinin dərəcəsinin müəyyən edilməsi məqsədilə məhkəmə-tibbi ekspertizası təyin olunub və faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində zəruri istintaq hərəkətləri davam etdirilir.