Mingəçevirdə kütləvi dava: Xəsarət alanlar var

Mingəçevirdə 5 nəfərin iştirakı ilə kütləvi dava olub, xəsarət alanlar var.

Yenicag.az-ın məlumatına görə, hadisə Səməd Vurğun meydanı ərazisində baş verib. Mübahisə və münaqişə nəticəsində 5 nəfər arasında baş verən əlbəyaxa dava zamanı 1994-cü il təvəllüdlü Ucal Əhmədəliyev və 1991-ci il təvəllüdlü Nicat Əsədov müxtəlif  dərəcəli bədən xəsarətləri alıb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, sözügedən hadisə ilə bağlı Mingəçevir Şəhər Polis Şöbəsində təhqiqat araşdırmaları aparılır və əməli törədən şəxslər müəyyən olunaraq izahatları alınıb./unikal