Mingəçevirdə silahlı şəxs tutulub – Fotolar

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Eldəniz Əliyev saxlanıb.

Yenicag.az-a daxil olan məlumata görə, şübhəli şəxsin üzərinə baxış keçirilən zaman “Makarov” markalı tapança və 2 ədəd patron aşkarlanıb. Dindirmələr zamanı saxlanılan şəxs üzərində gəzdirdiyi silahın özünə məxsus olduğunu bildirib. Həbsdən 6 ay öncə çıxan Eldəniz Əliyevdən götürülən tapançanın cinayət əməllərində istifadə edilib-edilməməsi araşdırılır.

Qeyd edək ki, saxlanılan Mingəçevir sakini əvvələr narkotik vasitələrdən istifadə etdiyi üçün məhkumluq həyatı yaşayıb.

Yenicag.az