Mingəçevirdə xüsusi ƏMƏLİYYAT – Müqavimət göstərən şəxs zərərsizləşdirildi

Mingəçevirdə xüsusi əməliyyat keçirilib.

Yenicag.az-ın məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları ötən gecə Mingəçevir şəhərində axtarışda olan cinayətkarın tutulması istiqamətində xüsusi əməliyyat keçirib.

Əməliyyat zamanı axtarışda olan şəxs hüquq-mühafizə orqanları əməkdaşlarına müqavimət göstərib.

Hüquq-mühafizə orqanları əməkdaşları silah tətbiq etmək məcburiyyətində qalıb və cinayətkar zərərsizləşdirilib./APA/