Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Mingəçevirdə yanğın baş verdi: xəsarət alanlar var

Mingəçevirdə xəsarətlə nəticələnən yanğın hadisəsi olub.

Yenicag.az xəbər verir ki, hadisə şəhərin Samux küçəsində yerləşən Sürücülük məktəbinin binasında baş verib.

Hadisəyə binanın məcburi köçkünlərin məskunlaşdığı hissəsində elektrik sayğaclarında yaranmış qısaqapanma səbəb olub. Yanğının söndürülməsi üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Mingəçevir şəhər Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən briqadası cəlb olunub.

İlkin məlumata görə, hadisə zamanı 3 nəfər tüstüdən boğulub. Hazırda ərazidə zərərçəkənlərə tibbi yardım göstərilir.

Faktla bağlı araşdırma aparılır./Report/

www.yenicag.az

4586
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100