Mingəçevirdə yanğın – Xəsarət alan var

Mingəçevir şəhərində ümumi sahəsi 160 m² olan birmərtəbəli evin taxtadan ibarət pəncərə çərçivəsi qismən və zirzəmisində 1 m² sahədə məişət tullantıları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a  verilən məlumata görə, yanğın zamanı 1 nəfər xəsarət alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.