!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mingəçevirdə fəhlələrin yaşadığı bina yanır: YARALANANLAR VAR(YENİLƏNİB)

!Reklam – Yazi

Mingəçevir şəhərində beşmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı 6 nəfər xəsarət alıb.

Yenicag.az Report-a istinadən xəbər verir ki, yanğın beşmərtəbəli binanın üçüncü mərtəbəsindən başlayıb. Yanğın zamanı binanın sakinləri təxliyə edilib. Sakinlərdən 6 nəfər xəsarət alıb. Onlardan 3 nəfərinin vəziyyəti ağır olduğu üçün Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Digər 3 yaralıya isə hadisə yerində həkimlər tərəfindən ilkin tibbi yardım göstərəlib.

Xəstəxanaya yerləşdirilənlərin tüstüdən zəhərləndiyi bildirilir.

Yanğın söndürülüb və genişlənməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***

Mingəçevir şəhərində fəhlə yataqxanasının binasında yanğın başlayıb.

Yenicag.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Ü.Hacıbəyli küçəsində yerləşən Texniki Rezin ASC-nin fəhlələr üçün nəzərdə tutulan yataqxanasının binasında baş verib.

Yanğının söndürülməsi üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürən maşınları və canlı qüvvəsi səfərbər edilib. Yanğın zamanı xəsarət alanların olduğu bildirilir. Yaralılara ilkin tibbi yardım göstərilməsi üçün Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb edilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

www.yenicag.az

2164
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv