Dövlət Yol Polisi (DYP) Mingəçevir şəhərində reyd keçirib, sürücü və piyadalara qarşı inzibati tədbirlər görülüb.
Yenicag.az xəbər verir ki, DYP-nin Mingəçevir şəhər bölməsi tərəfindən həyata keçirilən reyd müxtəlif istiqamətləri əhatə edib.
Reyd zaman sürücülük vəsiqəsi olmayan, təhlükəsizlik kəmərindən istifadə etməyən, sərxoş vəziyyətdə avtomobili idarə edən və digər qaydalara əməl etməyən 80-dən çox sürücü saxlanılıb .Onların bir qisminə protokollar tərtib olunub, digərlərinə isə xəbərdarlıq edilib.
Eyni zamanda yolu müəyyən olunmamış hissədən keçməyə çalışan 20 piyadaya və velosipedçiyə qarşı protokol tərtib olunub./Report/