Hazırda Mingəçevir İES-də vəziyyət nəzarət altındadır.
FHN-dən Yenicag.az-a verilən məlumata görə yanğın tamamilə söndürülüb, soyutma işləri aparılır və vəziyyət tamamilə nəzarət altındadır. “Ölkə ərazisində elektrik enerjisinin verilişi mərhələli şəkildə bərpa ediləcək. Heç bir panikaya əsas yoxdur”, deyə FHN rəsmisi bildirib.
Qeyd edək ki, hadisə nəticəsində ölən və yaralanan olmayıb. Məlumata görə ölkənin şimal rayonlarının bəzilərinə elektrik enerjisinin verilişi bərpa edilib. Bir neçə saat ərzində bütün ölkə ərazisində elektrik enerjisinin verilişi bərpa edilib.