!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mingəçevirin icra başçısının 3 milyon manatlıq tender müəmması

!Reklam – Yazi
2432542015-ci ildə Mingəçevir şəhər İcra Hakimiyyətinin 3 iri sifarişini eyni şirkət həyata keçirib. Amma bu şirkətin həmin sifarişlərin satınalmasını tender haqqında qanunvericiliyin tələblərinə uyğun əldə edib-etmədiyini dəqiq söyləmək çətindir. Çünki çoxsaylı axtarışlarımıza baxmayaraq, bu istiqamətdə dəqiqi bilgilər əldə etmək mümkün olmadı.
Qaynarinfo.az-ın araşdırmasına görə, Mingəçevir şəhər İcra Hakimiyyəti 1 saylı tam orta məktəbin əsaslı təmir işlərinin satın alınmasını (ümumi məbləğ: 999899,19 manat), 7 saylı tam orta məktəbin əsaslı təmir işlərinin satın alınmasını (ümumi məbləğ: 999639,92 manat) və 9 saylı tam orta məktəbin əsaslı təmir işlərinin satın alınmasını (999869,56 manat) “Tam Ortaqlı İnşaatçı” şirkətinə həvalə edib.
Əldə etdiyimiz məlumatlara görə, bu şirkətin qeydiyyat ünvanı Bakının Yasamal rayonunda yerləşir. Şirkət Əliyev Şamil Əli oğlunun ilə Siraclı Qeys Məmməd oğlunun adınadır.
Qeyd edək ki, hazırda şəhərə Niyazi Müzəffər oğlu Bayramov rəhbərlik edir. O, 2012-ci ildən bu postu tutur.
Maraqlıdır ki, “Tam Ortaqlı İnşaatçı” şirkəti Mingəçevirdə böyük məbləğlərlə müşaiyət olunan sifarişləri məhz o, icra başçısı təyin edildikdən sonra almağa başlayıb. O da maraqlıdır ki, Mingəçevirdə əksər dövlət qurumlarının, müəssisə və təşkilatlarının bu və ya digər satınalmaları eyni şirkət tərəfindən həyata keçirməsinə bir növ adətkərda olublar ki, belədə həmin tenderlərin obyektivliyi, eyni zamanda sifarişlərin şəffaf və keyfiyyətli icrası şübhə altına düşür.
Məsələn, Mədəniyyət və Turizm Nazirliyinin Mingəçevirdəki Turizm Kolleci ötən il nə az, nə çox, düz 5 satınalmanı eyni şirkətə – “TA-10” MMC-yə həvalə edib:
Maşın və avadanlıqların satın alınması – 29.704 manat;
İnventarların satın alınması – 26.700 manat;
Cari təmir işlərinin satın alınması – 16250 manat;
Dəftərxana və təsərrüfat mallarının satın alınması – 6500 manat;
Avadanlıqların satın alınması – 11881 manat.
Onu da deyək ki, Mingəçevir şəhər İcra Hakimiyyətinin iri məbləğli  tenderlərini qazanan “Tam Ortaqlı İnşaatçı” şirkətinin hər hansı internet resursu yoxdur. Bu isə həmin şirkətlə bağlı sualları bir az da artırır.

www.yenicag.az

604
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv