Minik avtomobili “TIR”la toqquşdu – Xəsarət alan var

Qazax rayonunda yük və minik avtomobilərin iştirakı ilə yol-nəqliyyat hadisəsi olub.

Yenicag.az xəbər verir ki, hadisə Qazax rayon Ağköynək kənd ərazisində qeydə alınıb. “VAZ” markalı avtomobilin “TIR” tipli yük maşını ilə toqquşması nəticəsində minik avtomobilinin sürücüsü 1990-cı il təvəllüdlü Emil Orucov olduğu bildirilir. Müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya aparılıb. Hazırda vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.