Minik avtomobili yük maşını ilə toqquşdu: Ölən var

Siyəzəndə ölümlə nəticələnən yol qəzası olub.

Yenicag.Az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Quba-Dağıstan sərhəd yolunun Siyəzən rayonundan keçən hissəsində qeydə alınıb. 1977-ci il təvəllüdlü Rəfael Məhərrəmovun idarə etdiyi “Hyundai Santafe” markalı, 90 XZ 951 dövlət nömrə nişanlı avtomobil yolun əks istiqaməti ilə hərəkətdə olan, 1991-ci il təvəllüdlü Cəmil Cabbarovun idarə etdiyi “Shacman” markalı, 99 LM 632 dövlət nömrə nişanlı yük maşını ilə toqquşub.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü R. Məhərrəmov aldığı xəsarətdən hadisə yerindəcə keçinib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.