“Sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlarımızın ödədiyi sosial haqların məbləği minimum əməkhaqqı ilə bağlıdır”.
Yenicag.az xəbər verir ki, bu barədə iqtisadçı deputat Vüqar Bayramov “Facebook” hesabında paylaşım edib.
Bildirilib ki, bu il yanvarın 1-dən minimum əməkhaqqı artırıldığı üçün sosial haqların məbləğində dəyişikliklər də baş verib.
“Əhalinin sosial təminatının daha da gücləndirilməsi üçün minimum əməkhaqqının mütəmadi artırıldığını nəzərə alaraq, sahibkarlar üçün diferensial sosial haqların müəyyənləşdirilməsi daha məqsədəuyğun olardı. Belə ki, sosial haqlar üzrə faizlərin sahibkarların əldə etdiyi gəlirə uyğunlaşdırılması və nisbətən az daxilolmaları olan fiziki şəxslərin daha aşağı faizli sosial sığortaya cəlbi məqsədəuyğundur. Bu nəticədə, minimum əməkhaqqı məbləğləri artırılanda daha az gəliri olan sahibkarların sosial sığorta ödənişlərində nisbətən az artımla müşahidə oluna bilər.
Müraciətlərin sayını nəzərə alaraq, bu ilin yanvarın 1-dən tətbiq olunacaq sosial sığorta haqlarının yeni məbləğlərini təqdim edirik.
Ətraflı
– Bakı şəhərində: Tikinti üzrə 200 manat (400 manat x 50 faiz), Digər sahələrdə (xidmət, ticarət və s.) 100 manat (400 manat x 25 faiz);
– Sumqayıt və Gəncə şəhərlərində: Tikinti üzrə 180 manat (400 manat x 50 faiz x 90 faiz), Digər sahələrdə (xidmət, ticarət və s.) 90 manat (400 manat x 25 faiz x 90 faiz);
– digər şəhərlərdə: Tikinti üzrə 160 manat (400 manat x 50 faiz x 80 faiz), Digər sahələrdə (xidmət, ticarət və s.) 80 manat (400 manat x 25 faiz x 80 faiz);
– rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə: Tikinti üzrə 120 manat (400 manat x 50 faiz x 60 faiz), Digər sahələrdə (xidmət, ticarət və s.) 60 manat (400 manat x 25 faiz x 60 faiz);
– kənd yerlərində: Tikinti üzrə 100 manat (400 manat x 50 faiz x 50 faiz), Digər sahələrdə (xidmət, ticarət və s.) 50 manat (400 manat x 25 faiz x 50 faiz)”, – deyə deputat qeyd edib.