Minlərlə məhbus azad olundu – Həbsxanalar dolduğu üçün

The Rio Cosumnes Correctional Center (RCCC) is the primary custody facility for inmates sentenced to County Jail from the Sacramento County Courts.  Photo taken March  01, 2012 in Elk Grove, California.

Hökumət dolmuş həbsxanaları boşaltmaq üçün maraqlı addım atıb.

Ölkədə 8149 məhbus azadlığa buraxılıb. Rəsmi məlumata görə, azadlığa buraxılan məhbuslar 5 ilə qədər həbs cəzasına məhkum olunanlar olub. Bundan əlavə, 94 xarici vətəndaş cəzasını çəkmək üçün öz ölkəsinə göndərilib.

Məlumatda qeyd olunur ki, bütün məhbuslar 2014-cü ildən bu günə kimi təcili azad olunublar. Məlumatda hazırda Nikaraqua həbsxanalarında məhbusların sayının nə qədər olduğu göstərilməyib. Lakin ötən il ölkənin penitensiar müəssisələrindəki məhbusların sayının 10,5 min olduğu məlumdur. Bu isə Nikaraqua həbsxanalarının tutumundan 2 dəfə çoxdur.