Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Minsk konfransı Qarabağ prossesinə yardım edə biləcək? – Şərh

1453462999_vZərdüşt Əlizadə: “Belə görüşlər ancaq mövzunun aktuallığını yada sala bilər, amma…”

Milli Məclisin deputatı, ATƏT PA-nın siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədr müavini Azay Quliyev qurumun Avstriyanın paytaxtı Vyanada keçirilən qış sessiyasında çıxış edərək, münaqişənin həllində irəliləyişə nail olmaq üçün Minsk qrupunun tam tərkibdə fəaliyyətinin yenidən canlandırılmasının, qrupun bütün üzvlərinin problemin həllinə töhfə verməsinə şərait yaradılmasının vacibliyini qeyd edib. O, Minsk qrupuna daxil olan ölkələrin tam tərkibdə Minsk konfransının çağırılmasının, həmsədrlərin fəaliyyətinin effektivliyinin nəzərdən keçirilməsinin vacibliyini qeyd edib.

Görəsən, Minsk konfransının çağırılması, həmsədrlərin fəaliyyətinin effektivliyinin nəzərdən keçirilməsi Qarabağ probleminin həllində bir dönüş yarada biləcəkmi?

Politoloq Zərdüşt Əlizadə Yenicag.az-a açıqlamasında Qarabağla bağlı Minsk konfransının çağırılmasının belə münaqişənin həllinə real töhvə vermək gücündə olmadığını söylədi. Həmsöhbətimizə görə, belə konfranslar ancaq münaqişə ətrafında olan biliklərin təzələnməsi baxımından əhəmiyyətlidir: “Minsk qrupuna daxil olan ölkələrin konfransının çağırılması və burada həmsədrlərin fəaliyyətinin nəzərdən keçirilməsi problemin həllində hər hansı bir dönüş yaratmayacaq. Amma belə görüşlər mövzunun aktuallığını yada sala bilər. Minsk qrupunda ATƏT üzvü olan 17 ölkə təmsil olunur. Həmin ölkələrin konfransı çağırılsa və məsələ geniş müzakirə olunaraq təhlil edilsə, bu təklif Qarabağ problemini aktuallaşdıra bilər. Düşünmürəm ki, belə konfranslar Minsk qrupunun həmsədr ölkələrini hazırda münaqişənin həllilə bağlı tutduqları mövqelərdən uzaqlaşaraq, problemin həlli istiqamətində daha real addımlar atmağa sövq etsin. Minsk qrupuna üzv olan ölkələrin siyahısına baxın. Buradakı ölkələr BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan ABŞ, Fransa və Rusiyaya təsir etmək gücündə deyillər. Ona görə də belə konfranslar ancaq və ancaq ictimai şüurda, ictimai məkanda, mediada münaqişə haqqında olan bilikləri təzələyə, aktuallaşdıra bilər”.

ELÇİN

www.yenicag.az

264