!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Minsk qrupu həmsədrləri ATƏT-i saymır" - Ekspert

!Reklam – Yazi

ATƏT PA-nın istefa verən Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin qurumun Vyanada keçirilən qış sessiyasında ATƏT-in Minsk qrupu həmsədrlərinin işini tənqid edib:

“ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi və ATƏT-in Minsk qrupu həmsədrləri ilə əməkdaşlıq və koordinasiya şəklində ATƏT PA-nın regionda rolunun gücləndirilməsi ilə bağlı bir sıra səylər irəli sürülüb. Lakin həmsədrlər öz işləri barədə məlumat vermək üçün bir neçə dəfə ATƏT PA-nın dəvətlərini, hətta qeyri-rəsmi görüş təkliflərini rədd ediblər. Mən onlarla bu məsələ ilə bağlı görüşlərimi bölüşmək və parlamentarilərin bu prosesdə rolunun artırılmasının vacibliyini danışmaq üçün bir dəfə görüşə bildim. Biz fəaliyyətimiz barədə gələcəkdə də məlumat mübadiləsi barədə razılığa gəldik, lakin bu məsələyə ciddi şəkildə cəlb edilən olmadı. Onların işi hələ də qapalı olaraq qalır. Həmsədrlər yalnız nadir hallarda özündə az məlumat əks etdirən press-relizlər yayırlar”.
Bu məlumatdan belə məlum olur ki, uzun illərdir Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olub, bu illər ərzində sözügedən istiqamətdə hər hansı bir nəticəyə nail olmayan ATƏT-in Minsk qrupu ATƏT PA-ya fəaliyyəti barədə hesabat, məlumat verməkdən də yayınır.

Görəsən, niyə? Nədən onlar özlərinin üst qurumuna belə hesabat vermirlər?

Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədr müavini Nazim Cəfərsoyun fikrincə, Minsk qrupuna daxil olan həmsədr ölkələr ATƏT PA-ya ciddi qurum kimi baxmadıqlarından onun işinə də ümumən ciddi yanaşmırlar. Digər tərəfdən, ekspertə görə, Minsk qrupunun fəaliyyətsizliyi də onun ATƏT PA-da tənqid olunmasına rəvac verən amillərdəndir:

mtu3zmexmtc5nzfkytm
Nazim Cəfərsoy

“Ümumiyyətlə, ATƏT-in Minsk qrupunun səmərəsiz fəaliyyətini davamlı olaraq müşahidə edirik. Bununla bağlı dəfələrlə narazılığımızı bildirmişik. Burada maraqlı olan məqamlardan biri də odur ki, ATƏT PA-nın istefa verən Cənubi Qafqaz üzrə nümayəndəsi Kristian Vigeni Minsk qrupunun öz işi barədə qanunverici quruma hesabat verməkdən yayındığını niyə istefaya getməmişdən öncə, əvvəlki fəaliyyəti dönəmində bildirmirdi? Bunu yalnız indi, istefa verəndən sonra deyir? Əslində, Avropa qurumları yetərincə ciddi və xarizması aydın qurumlardır. Amma gördüyüm odur ki, Minsk qrupu daha çox qlobal aktyorların vasitəçi qrupu olaraq, ümumən ATƏT-dən müstəqil hərəkət etməyə çalışır. Xüsusən Minsk qrupunun tərkibinə diqqətlə baxanda bunu görmək mümkündür. Hesab edirəm ki, Minsk qrupunun ATƏT PA-ya hesabat verməkdən ümumən yayınması ilk növbədə məhz həmsədrlərin qlobal aktyorlardan ibarət olması amilindən qaynaqlanır. Onların hesabat verməkdən yayınması səbəbləri arasında Minsk qrupunun səmərəsiz fəaliyyəti də göstərilə bilər. Həmçinin, həmsədr ölkələr tərəfindən ATƏT-ə ciddi qurum kimi baxılmaması da burada yəqin ki, öz sözünü deyir. Belə ki, bir sıra hallarda həmsədr ölkələrin ATƏT PA-ya etinasız yanaşdığı üzə çıxır. ATƏT PA adətən, münaqişə zonalarında yaranan problemlərin həllində deyil, həll prosesinə nəzarət və ya onun fəallaşması istiqamətində aktivlik nümayiş etdirə bilər. Onun konkret olaraq problemin həllilə birbaşa məşğul olmaq və bu istiqamətdə çalışmaq kimi funksiyası yoxdur. Görünür bu amil də Minsk qrupu həmsədrlərini ATƏT PA-ya yuxarıdan aşağı baxmağa sövq edib”.

ELÇİN

www.yenicag.az

3643
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv