“Minsk qrupu ölkələrinin ATƏT PA-dakı parlamentarilərinin görüşü keçirilə bilər” – Azay Quliyev

Növbəti aylarda ATƏT-in Minsk qrupu ölkələrinin ATƏT PA-da təmsil olunan parlamentarilərinin görüşü keçirilə bilər.

Bu barədə Milli Məclisin üzvü, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev bildirib.
Onun sözlərinə görə, görüşdə parlamentarilərin münaqişələrin həllinə töhfəsi müzakirə ediləcək.

A. Quliyev bildirib ki, Azərbaycan və Ermənistan parlamentarilərin də görüşünə dair ümumi təşəbbüslər olsa da, hələlik konkret qərar yoxdur.

 

Yeniçağ.Az

COP29