!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Minsk qrupunda dəyişiklik: Fransa "oyundan" çıxır

!Reklam – Yazi

ATƏT-in Minsk qrupunun keçmiş həmsədri, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza mətbuata açıqlamasında qurumda təmsil olunan üç həmsədr ölkənin tərkibini şərh edərkən bildirib ki, ABŞ və Rusiya ATƏT-in Minsk qrupunun həmsədr ölkələri kimi lazımlıdırlar. Eyni zamanda o, Minsk qrupunun üçüncü həmsədrinin Avropa İttifaqı ola biləcəyini vurğulayıb:

“Ayrı-ayrı ölkələrdənsə, Aİ-nin olması daha yaxşıdır”.

Açıqlamadan belə bir fikir formalaşır ki, Fransa Minsk qrupunun həmsədr ölkəsi statusundan çıxarılır və onun yerini elə Parisin özünün də təmsil olunduğu Avropa İttifaqı tutur.

Məsələ ilə bağlı Yenicag.az-a açıqlamasında politoloq Qabil Hüseynli Minsk qrupunda Fransanın Aİ ilə əvəzlənməsinin həll prosesinə yeni impuls gətirə biləcəyini söylədi:

“Əslində, ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiyanın oradan uzaqlaşdırılması daha yaxşı olardı. Amma Moskvanın bölgədə təsirinin güclü olduğunu nəzərə alaraq, hələlik şimal ayısına toxuna bilmirlər. Lakin sirr deyil ki, Fransanın özü də münaqişənin həlli prosesində Rusiya kimi ermənipərəst rol oynayır. Həm də sözügedən prosesdə aktiv deyil. Minsk qrupu həmsədrlərdən birinin (Fransanın yerinə – red) Aİ-nin olması güclü bir fiqurun həll prosesinə cəlb edilməsi deməkdir. Həm də Amerikadan olan həmsədrlə birlikdə onlar prosesin canlanmasına nail ola bilərlər. Bu mənada Metyu Brayzanın söylədiyi fikir reallaşacaqsa, zənnimcə, Minsk qrupu güclənə bilər. Avropa İttifaqı münaqişə ətrafında dəfələrlə xoşməramlı bəyanatlarla çıxış edib. Belədə Fransanın yerinə həmsədr olaraq prosesə Aİ-nin qoşulması ilə həll prosesi xeyli canlana bilər. Hətta deyərdim ki, belə olan halda danışıqlar prosesi yenidən əvvəlki ritminə qayıdacaq. Ona görə də Fransanın prosesdən kənarlaşdırılaraq, yerinə Aİ-nin gətirilməsini müsbət qarşılayır və həmin addımın müsbət nəticələrə aparıb çıxaracağını düşünürəm”.

ELÇİN

Yenicag.az

www.yenicag.az

988
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv