!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Minsk qrupunun FATİHƏSİ: "Hər bir ölkə öz maraqlarını güdürdü" - Fransalı siyasətçi

!Reklam – Yazi

“Rusiya heç bir beynəlxalq qurum və ya dövlətin bölgədəki maraqlarına müdaxilə etməməsini istəyir”.

Bu fikirləri postmüharibə şəraitində Qarabağ probleminin həll edilməsi üçün yaradılan Minsk qrupunun fəaliyyətinin sonlandırılması məsələsi haqqında Yenicag.az-ın sualını cavablandıran fransalı siyasətçi Naim Asas səsləndirib.

Asas qeyd edib ki, danışıqlar prosesində iştirakçı ölkələr öz maraqlarını güdüblər:

“Bilirsiniz ki, beynəlxalq ictimaiyyət uzun illərdir Qarabağ məsələsində Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini bildirib. Məsələn, 822 853 874 və 884 saylı qətnamələr Ermənistandan bütün qüvvələrini Qarabağdan çıxarmağı tələb edən dörd qətnamədir. Hesab edirəm ki, müharibə Minsk qrupunun uğursuzluğu idi. Minsk qrupu qətnamələrdən yola çıxaraq obyektiv şəkildə danışıqlar aparmalı idi, lakin etmədilər və hər şey müharibə ilə bitdi. Danışıqlar prosesində iştirak etməklə hər bir ölkə öz maraqlarını güdür.

Məsələn, Rusiya regionda böyük rol oynamaq istəyir, ona görə də belə hərəkət edirlər. Rusiya heç bir beynəlxalq qurum və ya dövlətin bölgədəki maraqlarına müdaxilə etməməsini istəyir. Eyni zamanda, ABŞ hökumətinin də erməni diasporunun dəstəyi ilə Ermənistanı dəstəklədiyi aydındır. ABŞ Konqresi 907-ci maddəni təsdiqlədi, hansı ki, ABŞ hökumətinin Azərbaycana yardımını azadlığa dəstək aktı ilə məhdudlaşdırır”.

www.yenicag.az

622
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv