!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Minskdə dünən baş verənlər qəbuledilməzdir" - Svetlana Tixanovskaya

!Reklam – Yazi

“Ancaq indiki halda hakimiyyətin yalnız bir üsulu – belaruslar üzərində güc tətbiq etmək üsulu var”.

Yenicag.az xəbər verir ki, Belarusun ən populyar Tut.by portalı prezidentliyə namizəd Svetlana Tixanovskayanın müraciətini yayımlayıb.

Tixanovskaya müraciətində Belarus iqtidarını hakimiyyəti dinc yolla təhvil verməyə çağırıb:

“Dünən baş verənlərlə bağlı danışmaq istəyirəm. Minskdə dünən baş verənlər qəbuledilməzdir. Ümumiyyətlə, interneti kəsərək, bizim şəhərdə baş verənlərdən xəbər tutmağımıza imkan verməmək cinayətdir.

Bizə dünən də, indi də baş verən toqquşmalarda ölənlərin ola biləcəyi haqda ziddiyyətli məlumatlar daxil olur. Xəsarət alanların olduğunu bilirik. Mən ölənlərin olması barədə informasiyaların öz təsdiqini tapmamasını istəyirəm. Çünki, bu, sonun başlanğıcı olacaq.

Dünən hakimiyyətin öz mövqelərini güc vasitəsilə qoruyub saxlamağa cəhd göstərdiyinin şahidi olduq. Hakimiyyətdən vətəndaşlara qarşı güc tətbiqinə dair cinayətkar əmrlər verilməməsini xahiş və tələb etsək də, səsimiz eşidilmədi. Əksinə, yolverilməz addımlar atıldı. Bizə dünən də məlumat verdilər ki, aksiyaların dağıdılması üçün işıq-səs qumbaralarından istifadə olunub, insanlara rezin güllələrdən atəş açılıb. Dünən çox qorxunc gün idi.

Seçicilər dünən öz iradələrini ortaya qoydular, onlar seçki məntəqələrinə gələrək, protokolların saxtalaşdırılmasının qarşısını almağa çalışdılar. Xalqdan tamamilə qopmuş hakimiyyət isə bizi eşitmək istəmir. Mən bir daha bəyan edirəm ki, biz dinc dəyişikliklərin tərəfdarıyıq. İqtidar artıq hakimiyətin dinc üsullarla təhvil verilməsi haqda düşünməlidir. Ancaq indiki halda hakimiyyətin yalnız bir üsulu -– belaruslar üzərində güc tətbiq etmək üsulu var.

Bütün bunlar çox dəhşətlidir. Mən əmin idim ki, hakimiyyət buna getməz. Biz öz tərəfimizdən bildiririk ki, belə halların təkrarlanmaması üçün əlimizdən gələni edəcəyik. Dünənki hadisələr zamanı xəsarət almış hər kəsə öz dəstəyimi bəyan edirəm. Onlardan hansının maddi, mənəvi, psixoloji yardıma ehtiyacı varsa, bizim seçki qərargahına müraciət etsin”.

www.yenicag.az

1023
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv