Rusiyanın Həştərxan vilayətində “MiQ-29” qırıcısı təlim-məşq uçuşu keçirən zaman qəzaya uğrayıb.
Yenicag.az “RİA Novosti”yə istinadən xəbər verir ki, qırıcı Aşuluk poliqonunun ərazisinə düşüb.
Hadisə nəticəsində pilot vəfat edib.
Qəzanın başvermə səbəbləri araşdırılır.