Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

MİQ: Bu fənlər üzrə müsahibə nəticələri açıqlandı

Azərbaycan dili, fiziki tərbiyə, fransız dili, informatika, kimya, riyaziyyat, rus dili və ədəbiyyatı, təsviri incəsənət və texnologiya fənləri üzrə keçirilən müsahibə mərhələsinin nəticələri elan olunub.

Təhsil Nazirliyindən verilən məlumata görə, avqustun 20-də keçirilən müsahibələrdə iştirak edən namizədlərin şəxsi səhifəsinə bu barədə məlumat göndərilib.

Müsahibə mərhələsində 558 namizəd uğur qazanıb və onlar ümumi təhsil müəssisələrində müddətsiz müqavilə əsasında çalışacaqlar.

Müsahibələrdə uğur qazanan namizədlər 26 avqust saat 18:00-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 4 ədəd fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsi səhifədə işə qəbulun nəticəsinə dair çıxarış) aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər.

Qeyd edək ki, çıxarışı aidiyyəti yerli təhsili idarəetmə orqanı tərəfindən təsdiq olunmuş namizədlərin işə qəbulu rəsmiləşəcək.

Bu səbəbdən namizədlərə sənədlərini təqdim etdikdən sonra şəxsi səhifələrinə daxil olaraq çıxarışının təsdiq olunduğunu yoxlamaq tövsiyə olunur.

Çıxarışını təsdiq etməyən, müsahibə mərhələsində uğur qazandıqdan sonra tutduğu vakant yerdən imtina edən şəxslərin növbəti turlarda iştirakı təmin olunmayacaq.

www.yenicag.az

183
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100