MİQ imtahanı ilə bağlı iradlar araşdırılacaq

Sosial media resurslarında Müəllimlərin İşə Qəbulu imtahanlarında riyaziyyat fənni üzrə test imtahanlarına dair səsləndirilən fikirlərlə bağlı Təhsil İnstitutu müvafiq araşdırmalar aparır.

Bu barədə Yenicag.az-a Təhsil İnsitutundan məlumat verilib.

Qeyd edək ki, fənn müəllimləri və ekspertlərin iştirakı ilə aparılan araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.