MİQ imtahanı zamanı təqdim edilən vakant yerlərin sayı artırılacaq

“Gələcəkdə Müəllimlərin İşə Qəbul (MİQ) imtahanı zamanı təqdim edilən vakant yerlərin sayı artırılacaq”.

Bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov “Facebook” səhifəsində məlumat verib.

“Bu il indiyədək Müəllimlərin İşə Qəbulu müsabiqəsində namizədlərə təqdim olunan vakant yerlərin sayı 10 775-dir. Bu say daha da artacaq”, – deyə o bildirib.