MİQ üzrə müsahibə mərhələsinin 4-cü günündə bu qədər şəxs iştirak etdi

Avqustun 19-da müəllimlərin işə qəbulu müsabiqəsinin (MİQ) müsahibə mərhələsində ibtidai sinif, kimya, fiziki tərbiyə, ingilis dili, coğrafiya və tarix fənləri üzrə müsahibələr təşkil edilib. Müsahibələrə 887 nəfər dəvət olunub. Onlardan 824 nəfəri müsahibə mərhələsində iştirak edib.

Bu barədə Yenicag.az-a Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzindən məlumat verilib.

Xatırladaq ki, namizədlər şəxsi səhifəsində qeyd olunan tarixdə müsahibə mərhələsində iştirak etmədiyi halda bu, tutduğu vakant yerdən imtina kimi qeydə alınacaq və həmin namizədlərin müddətli müqavilə ilə işə qəbul turlarında iştirakı təmin olunmayacaq.

COP29