Avqustun 20-də müəllimlərin işə qəbulu müsabiqəsinin (MİQ) müsahibə mərhələsi ibtidai sinif, biologiya, fiziki tərbiyə, ingilis dili, rus dili və ədəbiyyatı, təsviri incəsənət, fizika və tarix fənləri üzrə təşkil edilib.
Təhsil İnstitutunun nəzdində İnsan Resursları mərkəzindən Yenicag.az-a bildirilib ki, müsahibələrə 876 nəfər dəvət olunub. Onlardan 807 nəfər müsahibə mərhələsində iştirak edib.
Xatırladaq ki, namizədlər şəxsi səhifəsində qeyd olunan tarixdə müsahibə mərhələsində iştirak etmədiyi halda bu, tutduğu vakant yerdən imtina kimi qeydə alınacaq və həmin namizədlərin müddətli müqavilə ilə işə qəbul turlarında iştirakı təmin olunmayacaq.