MİQ və növbəti qəbul imtahanları nə zaman keçiriləcək?

Avqustun ikinci yarısından sonra növbəti qəbul imtahanları keçiriləcək.

Yenicag.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə Operativ Qərargahın bugünkü brifinqində deyib:

“Bu imtahanlar 4 gün təşkil olunacaq. Lakin dəqiq tarix demək mümkün deyil. İmtahanların keçirilməsi epidemioloji vəziyyətdən asılıdır. Abituriyentlər, valideynlər narahat olmasınlar, bu imtahanlar keçiriləcəkdir”.

***

PSR testlərində boğazdan götürülən yaxmanın spesifikliyi var. Belə testlərdə virus boğazda olduğu zaman müsbət çıxır.

Bunu Səhiyyə Nazirliyinin aparat rəhbəri Nadir Zeynalov Operativ Qərargahın bugünkü brifinqində deyib:

“Eyni zamanda bəzən bu test nəticələrində səhv nəticələr olur. Əgər test nəticəsi neqativ çıxıbsa, biz yenə də narahat olmalıyıq. Əgər kimsə digər testlərdə neqativ, PSR testində pozitiv cavan alıbsa, biz onu nəzarətə almayıyıq. Yalnız inkubasiya dövrü bitdikdən sonra ona icazə verilə bilər”