Miqrantlar qatarın altında qaldılar: Ölən və yaralananlar var

Qatarın altında qalan 3 miqrant ölüb, biri isə yaralanıb.

Yenicag.az ABC-yə istinadən xəbər verir ki, hadisə Fransanın şimal-qərbində baş verib.

Yerli saatla səhər 05:30 radələrində 4 nəfər qatarın altında qalıb. Onlardan 3-ü hadisə yerində keçinib, digərinin vəziyyəti isə ağırdır.

SNCF milli dəmiryolu şirkətinin məlumatına görə, hadisəyə səbəb miqrantların dəmiryolu xəttlərinin üzərində gecələmələri olub.