Miqrantlar Rusiyanı TƏRK EDƏ BİLƏR – SƏBƏB

Rublun zəifləməsi səbəbindən Rusiyada miqrantların sayı azala bilər.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya İnşaatçılar Milli Assosiasiyası bəyanat yayıb.

“İndi tikinti sənayesində işçi qüvvəsi çatışmazlığı hiss olunmur, amma iki-üç aydan sonra bu baş verəcək. Kadr çatışmazlığının qarşısını almaq üçün miqrantların maaşlarını artırmalı olacaqlar, əks halda onlar başqa ölkələrə gedəcəklər”, – ekspertlər bildirir.

“Rublun dollara və avroya nisbətdə zəifləməsi və nəticədə gəlirlərin azalması səbəbindən əmək miqrantlarının üçdə birinə qədəri Rusiyanı tərk edə bilər”, – belə bir proqnozu Moskvadakı özbək diasporunun rəhbəri Bəhrom İsmayılov verib.

Özbək diasporunun nümayəndələri arasında keçirilən sorğunun nəticələrinə görə, respondentlərin 50%-i dolların bahalaşması ilə əlaqədar Rusiyanı tərk etməyi düşünür, respondentlərin 25%-i bunu etməyi planlaşdırmır, 25%-i isə hələlik cavab qərarı verməyib. Onlayn sorğuda ümumilikdə 22 800 nəfər iştirak edib.

İsmayılovun sözlərinə görə, dolların məzənnəsinin artması ilə əlaqədar Rusiyada xarici vətəndaşların qazancı azalır və getdikcə ölkə daxilindəki gəlirləri ilə müqayisə olunur.

Rusiya Taciklər İttifaqının sədri Abdullo Davlatov bildirib ki, bundan əlavə, miqrantlar vətənlərinə pul göndərməklə qazanclarının bir hissəsini itirirlər, çünki pul vəsaiti alan ölkənin yerli məzənnəsi ilə konvertasiya edilir. Dövlətov hesab edir ki, rublun ucuzlaşması olmasa belə, əmək miqrantlarının başqa sahələrə yönləndirilməsi tendensiyası həqiqətən də artır. İndi Tacikistan vətəndaşlarının pul qazanmaq üçün 15 ölkəni seçmək imkanı var. Əgər əvvəllər Rusiya və Qazaxıstan ən populyar idisə, indi, məsələn, tikinti üçün Cənubi Koreyaya gedirlər və taciklər kənd təsərrüfatı mövsümünü Böyük Britaniyada keçirirlər.

Məsimə