Miqrantları daşıyan gəmi batdı

h820Avqustun 30-da miqrantları daşıyan gəminin Liviya sahillərində batması nəticəsində ən azı 7 nəfər həyatını itirib.

Həlak olan 7 miqrantın cəsədi Əl-Xums şəhəri yaxınlığında aşkar edilib. Gəmidə ümumilikdə neçə nəfərin olduğu barədə hələlik məlumat verilmir.

Qeyd edək ki, bu ilin 8 ayı ərzində Avropaya yollanan 300 mindən çox miqrantdan 2500-ü həlak olub.