Miqrantları daşıyan qayıq batdı: 9 ölü, 30 itkin – YENİLƏNDİ

Miqrantları daşıyan gəminin batması nəticəsində ölənlərin sayı 9-a yüksəlib.

Gəmidə təxminən 35 nəfər olub. Axtarışlar davam edir.

***

13:36

Türkiyədə İzmir əyalətinin Karaburan rayonunun sahilinə yaxın ərazidə miqrantları daşıyan qayıq batıb. 

Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində 4 nəfər ölüb, 30 nəfər itkin düşüb.

Axtarış əməliyyatı davam etdirilir.