Miqrantları daşıyan qayıq batdı – 40-dan çox itkin düşən var

Aralıq dənizi sahillərində göyərtəsində 40-dan çox miqrantın olduğu qayıq batıb.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, İspaniyanın cənub-şərq sahilləri yaxınlığında batan qayıqda 47 miqrant olub.

İspaniya Xilasetmə Xidməti 4 nəfəri xilas edib, digər miqrantların axtarışı davam edir.